-
- 1-03-2021, 14:35
- 445
"Prezident dünyaya və Ermənistana mühüm mesajlar verdi” - ŞƏRH
“Bu vaxta qədər heç bir siyasi lider “yumşaq güc” adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməmişdi”.
Bunu News24.az-a açıqlamasında Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransı barədə danışan deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Azərbaycan həqiqətlərini bird aha dünyanın nüfuzlu və aparıcı media qurumlarının diqqətinə çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu:
“Hər şeydən öncə bu mətbuat konfransı Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda, 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qrumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu, media təmsilçilərinin də diqqətindən yayınmır, onların da yaxşı mənada təəccübünə səbəb olurdu. Əslində, bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi.
Prezident mətbuat konfransında suallar doğuran bir sıra məsələlərə də aydınlıq gətirdi. Onlardan biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya və digər ərazilərimizə qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və onun hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var. Bu proses ardıcıllıqla və mərhələli şəkildə həyata keçiriləcək”.
Deputat qeyd edib ki, konfransda başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza vəd etdiyi mühüm perspektivlərlə bağlı idi: “Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza və Ermənistana mühüm mesajlar verdi. Bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün həm də tarixi fürsət yaradıb. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, əgər, Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi yenidən onların özünütəcridinə gətirib çıxara bilər. Nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər.
Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, kimsə Ermənistanın olmayan ordusunu modernizə etmək istəyirsə, bu addım regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhələdə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir. Azərbaycanın məqsədi də elə budur”.
Siyasət şöbəsi