Çağatay Ulusoyun "Netflix"dəki filmindən İLK TREYLER
    • 1-03-2021, 19:39
    • 528

Çağatay Ulusoyun "Netflix"dəki filmindən İLK TREYLER

Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunda oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

News24.az xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır. / mediapost.az