Rusiya "Eurovision" təmsilçisindən imtina etdi - TƏKRAR SEÇİM
    • 2-03-2021, 11:55
    • 279

Rusiya "Eurovision" təmsilçisindən imtina etdi - TƏKRAR SEÇİM

Rusiyanı "Eurovision 2021" mahnı yarışmasında təmsil edəcək ifaçını izləyicilər seçəcək.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birinci kanalının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu ilin may ayında Rotterdamda keçirilməsi planlaşdırılan mahnı müsabiqəsinin iştirakçısını seçmək üçün 8 mart tarixində xüsusi bayram proqramı yayımlanacaq. 

İzləyicilər milli seçim turunda ölkələrini təmsil edəcək ifaçı və mahnını seçə biləcəklər. 

Qeyd edək ki, 65-ci "Eurovision" mahnı yarışması 12-16 may tarixlərində Rotterdamdakı "Ahoy" konsert salonunda "Açıl" şüarı altında keçirilməli idi. Müsabiqədə Rusiyanı "Uno" mahnısı ilə "Little Big" qrupu təmsil etməli idi. Lakin, 18 Mart 2020-ci il tarixində Avropa Yayım Birliyi koronavirus pandemiyası səbəbiylə müsabiqənin təxirə salınmasına qərar verdi.