Məktəblər bağlanır? - Nazirlikdən açıqlama
    • 2-03-2021, 13:22
    • 452

Məktəblər bağlanır? - Nazirlikdən açıqlama

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

News24.az
xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı feysbuk hesabında yayılan məlumatın yanlış olduğunu və belə bir qərarın olmadığını deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə  dayandırılmışdı.  Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Facebook səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.