Məktəblər avqustda açılacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA
    • 30-04-2020, 13:18
    • 1 853

Məktəblər avqustda açılacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni dərs ilinin sentyabrda yox, daha tez başlaması istisna olunmur: “Ola bilsin ki, növbəti tədris ilinin başlanması sentyabrın 15-də yox, avqustun 15-də həyata keçirilsin. Amma bu, bütün günü yox, səhər saat 8-dən 10-a qədər olan müddətdə baş tutsun”. 

Ekspert vurğulayıb ki, Azərbaycanda iyulda və avqust ayının ilk 15 günündə orta temperatur 40-45 dərəcə olur: “Bu da şagirdlərdə günvurma kimi hallara səbəb ola bilər”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov News24.az-a açıqlamasında bu məlumatı təsdiqləmədi: “Belə bir məsələ gündəlikdə deyil”. 


Afaq Mirayiq