Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb
    • 2-03-2021, 18:46
    • 472

Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb

Bakl-Tbilisi-Bakı istiqaməti üzə reyslər martın 21-dən yerinə yetiriləcək.

News24.az xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, oktyabrın 30-dək AZAL aviaşirkəti həftədə 4 dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, ötən gün "Buta Airways" şirkətindən Tbilisiyə və əks istiqamətdə xüsusi reyslərin martın 19-dan həftədə 3 dəfə həyata keçiriləcəyi bildirilib.