Rusiyadan Bakıya yeni aviareys - HƏFTƏDƏ BİR DƏFƏ
    • 6-01-2020, 10:44
    • 633

Rusiyadan Bakıya yeni aviareys - HƏFTƏDƏ BİR DƏFƏ

2020-ci ilin yanvar ayının 15-dən Rusiyanın "İrAero" aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayacaq.

News24.az xəbər verir ki, Samaranın "Kurumoç" hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə bir dəfə çərşənbə günləri həyata keçiriləcək.

"İrAero" aviaşirkəti bu reyslərin cədvəlini təqdim edib:
Çərşənbə:
Samara (KUF) - Bakı (BAK) 01:20 - 03:10
Bakı (BAK) - Samara (KUF) - 04:10 - 06:00