Ermənistan prezidenti yaxın saatlarda...
    • 3-03-2021, 12:54
    • 409

Ermənistan prezidenti yaxın saatlarda...

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı mövqeyini yaxın bir neçə saat ərzində açıqlayacağını vəd edib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə "Vətən"müxalifət partiyasının lideri, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan açıqlama verib. 

A.Vanetsyan bildirib ki, prezidentlə Baş Qərargah rəisinin istefası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətin göndərilməsi məsələsini müzakirə ediblər:"O (prezident - red.) fikirləmizi dinlədi, qeydlər aldı və yaxın bir neçə saat ərzində mövqeyi barədə məlumat verəcəyini söylədi!.