Yerevanda parlament binasının qarşısında müxalifət mitinq keçirilir

Yerevanda parlament binasının qarşısında müxalifət mitinq keçirilir Dünya
Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Yerevandakı parlament binası qarşısında etiraz aksiyası keçirirlər.

News24.az TASS-a istinadən xəbər verir ki, parlament yaxınlığında yüzlərlə polis zabiti, o cümlədən qoruyucu geyimdə olan xüsusi qüvvələr var. 

Hazırda aksiyada təxminən 4-5 min insan iştirak edir. Müxalifət üzvlərinin səhnədə çıxışları başlayıb.