Türkiyədə hərbi helikopter qəzasında həlak olanların sayı 11-ə çatdı- YENİLƏNDİ 2
    • 4-03-2021, 23:00
    • 475

Türkiyədə hərbi helikopter qəzasında həlak olanların sayı 11-ə çatdı- YENİLƏNDİ 2

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb. 

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza zamanı ağır yaralanan əsgər əsgərlərdən biri də dünyasını dəyişib.

Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

*** 21:57
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 10 nəfərə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.
Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

*** 19:45
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

News24.az
bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

Bildirilib ki, qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb.

Hadisə Bitlisin Tatvan rayonunda, Nemrud dağının ətəklərində, yerli vaxtla 17.30-da qeydə alınıb. Qəzanın səbəbi hələlik bilinmir. Ancaq bölgədə duman olduğu qeyd edilir.

Nazirlikdə verilən məlumatda o da qeyd edilib ki, yaralı hərbçilərin xəstəxanlara yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.