Tramp bu malikanəsini 49 milyona satır - FOTO
    • 5-03-2021, 12:08
    • 469

Tramp bu malikanəsini 49 milyona satır - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampın şirkəti okeana yaxın "Palm Beach"dəki malikanəsini 49 milyon dollara satışa çıxarıb.

News24.az "New York Post"-a istinadən xəbər verir ki,  mülk, Tramp-ın indi yaşadığı əfsanəvi Mayor-a-Lago klubunun yaxınlığında yerləşir.

Malikanənin gələcək sahibi keçmiş prezidentin qolf klubuna tam üzv qəbul edəcək.

Ev 10 min 455 kvadrat metrdir. Səkkiz yataq otağı və doqquz vanna otağı olan mülk iki mərtəbəli Bermud üslubundadır.

1956-cı ildə tikilən ev bir neçə dəfə müasir təmirdən çıxıb.

Trampın şirkəti 2018-ci ildə malikanəni Donald Trampın bacısı Marianna Tramp Barridən alıb.

Evin əsas xüsusiyyəti okean və 194 metr boş sahilə baxan panoramik terasdır.