Altı siyasi partiya YAP-a birləşdi - CAVİD OSMANOV
    • 5-03-2021, 13:52
    • 429

Altı siyasi partiya YAP-a birləşdi - CAVİD OSMANOV

 “Yeni Azərbaycan Partiyasının, xüsusən də partiyamızın sədri, möhtərəm cənab prezidentimizin son 17 ildə həyata keçirdiyi tədbirlər, islahatlar, eləcə də ötən il də “Vətən Müharibəsi”ndə əldə etyimiz möhtəşəm qələbənin fonunda altı siyası partiya Yeni Azərbaycan Partiyasına birləşməklələ bağlı qərar qəbul ediblər”.

Bu fikirləri YAP-çı millət vəkili News24.az-a açıqlamasında bildirib.  "Bu gün həmin siyasi partiyalarla bağlı qərar qəbul olundu və onlar YAP-a biləşdilər”, - Osmanov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət etmişdi.
YAP-ın bu gün keçirilən VII qurultayında partiyaların müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.