Ötən ay 70 diplomun tanınmasından imtina edilib
    • 5-03-2021, 18:33
    • 455

Ötən ay 70 diplomun tanınmasından imtina edilib

Fevral ayı üçün təhsil sənədlərinin tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən News24.az-a verilən xəbərə görə, fevral ayında ötən ay ortalama baxılan 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 45, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 47, hüquqşünaslıq üzrə 41, tibb üzrə 32, maliyyə üzrə 27, menecment üzrə 20, biznesin idarə edilməsi üzrə 18, mühəndislik üzrə 14, beynəlxalq münasibətlər üzrə 14, mühasibat uçotu üzrə 8, turizm üzrə 7, kompüter elmləri üzrə 5, tarix üzrə 3, riyaziyyat üzrə 3 və digər ixtisaslar üzrə 35 nəfər müraciətçi qeydə alınıb.