Cinsi əlaqə zamanı  qadının halı pisləşib öldü, sevgilisi isə onu…
    • 23-10-2018, 17:55
    • 5 329

Cinsi əlaqə zamanı qadının halı pisləşib öldü, sevgilisi isə onu…

Türkiyənin Uşak şəhərində qalmaqallı hadisə yaşanıb.
Meşəlik ərazidə aşkarlanan qadın meyiti ilə bağlı araşdırma aparan polis maraqlı faktlar üzə çıxarıb.
 
Məlum olub ki, Dilek Marabi adlı qadının meyitini həmin əraziyə Suat Sönmez atdırıb. Hüquq mühafizə orqanları tərəfindən saxlanılan S. Sönmez ifadəsində bildirib ki, D. Marabi evdə onunla cinsi əlaqədə olarkən anidən halı pisləşib və ölüb. O, 47 yaşlı qadını qutuya qoyub və evə çağırdığı yükdaşıma şirkəti vasitəsilə meşə ərazisinə atılmasını tapşırıb. Şirkət əməkdaşları qutudan üfunət iy gəlməsinin səbəbini soruşduqda isə 47 yaşlı kişi bağlamanın içində it yeməyi olduğunu deyib.
 
Hadisədən şübhələnən yükdaşıyanlar isə polisə məlumat verib və S. Sönmez polis tərəfindən saxlanılıb. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, D. Marabi evdar qadın olub və onun üzərində hər hansı bir xəsarət, yara izinə rast gəlinməyib.
//milli.az