Bakıda yanğın - XƏSARƏT ALAN VAR
    • 10-03-2021, 09:41
    • 470

Bakıda yanğın - XƏSARƏT ALAN VAR

Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nərimanov rayonunda ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.