Sabirabadda yanğın - 3 nəfər xəsarət aldı
    • 1-02-2021, 09:23
    • 392

Sabirabadda yanğın - 3 nəfər xəsarət aldı

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

FHN-dən News24.az-a verilən məlumata görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.