Dünyada hər üç qadından biri şiddətə məruz qalıb - ÜST
    • 10-03-2021, 10:16
    • 499

Dünyada hər üç qadından biri şiddətə məruz qalıb - ÜST

Dünya Səhiyyə Təşkilatının (ÜST) apardığı bir araşdırmaya görə, dünyada hər üç qadından biri həyatında fiziki və ya cinsi zorakılığa məruz qalıb.

News24.az "BBC"-yə istinadən xəbər verir ki, müxtəlif ölkələrdən təxminən 736 milyon qadının bu problemlə qarşılaşıb.

ÜST-nin yayımladığı hesabatda şiddət qurbanlarının sayının əsasəm dəyişməz qaldığı vurğulansa da, təcavüz hadisələrinin getdikcə gənc yaşlarıda müşahidə edildiyi bildirilib.

15-24 yaş arasındakı planetin hər dördüncü qadını intim tərəfdaşı tərəfindən zorakılığa məruz qalıb. Beləliklə araşdırma zamanı hər üçüncü qadının cinsi zorakılığa məruz qaldığı qeyd edilib.

Təşkilatın araşdırmasına görə, intim tərəfdaş zorakılığının ən çox görülən şiddət növüdür. Təxminən 641 milyon qadın bu cür hallarla qarşılaşdığı hesabatda yer alıb. 6 faiz qadın isəyad şəxsin hücumuna məruz qaldıqlarını söyləyib.