Masallıda narkotik satan şəxslər tutuldu - FOTO
    • 10-03-2021, 11:38
    • 651

Masallıda narkotik satan şəxslər tutuldu - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Hüseynli saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan torbada 1 kiloqram 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddənin əldə olunmasında onunla əlbir olan Bakı şəhər sakini E.Abasov və Masallı rayon sakini Y.Babayev də saxlanılıb. Y.Babayevin üzərindən  20 qrama yaxın metamfetamin, E.Abasovdan isə 3 qramdan artıq tiryək aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.