Bakıda gəmidəki yanğın söndürüldü - Video
    • 10-03-2021, 18:37
    • 458

Bakıda gəmidəki yanğın söndürüldü - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qapalı qatı tüstününün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.