Nərimanovda AĞIR QƏZA: 32 yaşlı qadın...
    • 9-05-2024, 09:48
    • 287

Nərimanovda AĞIR QƏZA: 32 yaşlı qadın...

Bakının Nərimanov rayonunda 32 yaşlı qadın yol qəzasında xəsarət alıb.

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hacıyeva Nərmin Bayram qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (Report)