Ukrayna məhbusları orduya cəlb edəcək
    • 9-05-2024, 09:58
    • 206

Ukrayna məhbusları orduya cəlb edəcək

Ukrayna parlamenti həbsdə olan məhbusları səfərbərliyə cəlb edən qanun layihəsini qəbul edib.

News24.az xəbər verir ki, Parlament üzvü Oleksiy Qonçarenko sosial media hesabından verdiyi açıqlamada, sözügedən qanunun 279 səslə qəbul edildiyini, beləliklə bəzi kateqoriyalı məhbusların Ukrayna silahlı qüvvələrinə cəlb olunacağını bildirib.

Sözügedən qanunun müəlliflərindən biri olduğuna diqqət çəkən Qonçarenko, "Mən xırda cinayətlərə görə məhkum olunmuş məhbusların vətənlərini müdafiə etmək hüququna malik olması ilə bağlı müvafiq qanun layihəsini çoxdan qeydə almışam. Biz məhbuslara mübarizə imkanı verməliyik" deyib.

Qonçarenko, qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıq və milli təhlükəsizliyə qarşı cinayətlərdə günahkar bilinənlərin səfərbərliyə daxil edilməyəcəyi barədə məlumat paylaşıb.

Hakim “Xalqın Qulu” Partiyasının Parlament Qrupunun sədri David Arahamiya açıqlamasında 15-20 min məhbusun səfərbərliyə cəlb oluna biləcəyini ifadə edərək, “Onlardan neçəsinin müqavilə imzalayacağını bilmirik. Çünki bu, tərəflərin razılığı ilə baş verəcəkdir ki, bir neçə min nəfər olacaq”.

Arahamiya məhkəmə qərarından sonra məhbusların səfərbərliyə cəlb oluna biləcəyini bildirib.

Günel Məlikzadə