Əsir düşən erməni qadın snayper Livana təhvil verildi - FOTO
    • 11-03-2021, 14:12
    • 595

Əsir düşən erməni qadın snayper Livana təhvil verildi - FOTO

Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı birləşmələri tərkibində döyüşən və Azərbaycana əsir düşən erməni əsilli muzdlu snayperçi qadın, Livan vətəndaşı Maral Nacaryan ölkəsinə qaytarılıb.
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Əliyeva açıqlamasında faktı təstiqləyib.
Qurum rəsmisi bildirib ki, komitə münaqişə nəticəsində saxlanılan bir nəfərin öz ölkəsinə - Livana qayıtmasına yardımçı olub. Həmçinin komitə əməkdaşları həmin şəxs Azərbaycanda saxlanıldığı vaxtlarda baş çəkib və onun ailəsilə əlaqə saxlamaq üçün şərait yaradıb.
Xatırladaq ki, erməni əsilli Livan vətəndaşı M.Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonunun işğaldan azad edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. /Trend/


**10.16

Dağlıq Qarabağda döyüşlərdə iştirak edən erməni əsilli Livan vətəndaşı Maral Nacaryan ölkəsinə qaytarılıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə erməni deputat Naira Zöhrabyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, M.Nacaryan Beyrutdakı evinə çatıb.

Məlumat üçün bildirək ki, Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı Maral Nacaryan döyüşlərdə snayperçi olub.