Azərbaycanın bölgələrinə qar və yağış yağıb - FAKTİKİ HAVA
    • 11-03-2021, 21:30
    • 564

Azərbaycanın bölgələrinə qar və yağış yağıb - FAKTİKİ HAVA

Gözlənildiyi kimi ölkə ərazisində yağıntılar davam edir. 

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 11-i  saat  21:00-a verdiyi məlumata əsasən Daşkəsən, Göygöl, Qəbələ,  Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.

Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.