Kənddə evdə nişan edənlər cərimələndi
    • 12-03-2021, 12:00
    • 494

Kənddə evdə nişan edənlər cərimələndi

Tovuzda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24,az-a verilən məlumata görə, rayonun Bozalqanlı kəndində nişan mərasimi keçirilib.

Tovuz RPŞ əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları şöbəyə gətirilib.

Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. 9 nəfər  məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.