“Qasparyan məğlub general kimi tarixə düşəcək” - ŞƏRH
    • 12-03-2021, 15:41
    • 560

“Qasparyan məğlub general kimi tarixə düşəcək” - ŞƏRH

Erməni mediasında yayılan məlumatlara görə Onik Qasparyan istefaya getməzdən öncə fərqli ictimai-siyasi dairələrin nümayəndələri ilə məsləhətləşərək, hər kəsə Nikol Paşinyan istefaya gedənə qədər geri çəkilməyəcəyi vədini verib. Məlumata görə, o, Paşinyanı növbədənkənar seçkilərə məcbur edə bildiyini deyib: “Qasparyanın qəfildən geri çəkilməsi ehtimal etməyə imkan verir ki, Paşinyan ona istefaya getməklə bağlı vəd verib. Ona görə də Qasparyan situasiyanı gərginləşdirməyib”.

Ermənistandakı son siyasi gəlişmələri şərh edən politoloq Əhməd Əlili məsələni News24.az-a belə şərh edib:


“Onik Qasparyan ordunun adından istifadə edərək müəyyən bir formada siyasi proseslərə təsir etmək üçün çevrilişə cəhd etdi, amma alınmadı. Ona görə də ölkə başçısını devirə bilməyən məğlub bir general kimi məcbur oldu ki, siyasi səhnəni tərk etsin. Onik Qasparyan istəyir ki, insanlar onun başqa planı olduğu üçün istefa etdiyini düşünsün. Reallıq budur ki, o müasir siyasi proseslər tarixində ən qəribə hərbi çevrilişə cəhd edən general kimi düşəcək”.  
 
Siyasət şöbəsi