Paşinyan Qasparyana istefa edəcəyini söz verib?
    • 12-03-2021, 11:35
    • 537

Paşinyan Qasparyana istefa edəcəyini söz verib?

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargahın keçmiş rəisi Onik Qasparyana istefa verəcəyini vəd edib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Qeyd edilib ki, O.Qasparyan vəzifəsindən ayrılmadan əvvəl müxtəlif siyasətçilər və ictimai xadimlərlə bir sıra görüşlər keçirib və telefon danışıqları aparıb. Onları baş nazirin istefasına və erkən seçkilərin keçirilməsinə nail olacağına əmin edib.

Həmçinin qəzetə yer alan məlumata görə, görüşlərdən birində Qasparyan Paşinyanı erkən seçkilərə getməklə bağlı ortaq razılığıa gəldiklərini deyib. Ancaq Baş Qərargahın keçmiş rəisi Nikol Paşinyanı vəzifəsindən istefa etməyi ilə bağlı razılağa gəlib gəlməmələrini açıqlamayıb. 

Onik Qasparyanın anidən geri çəkilməsi isə çoxunda Ermənistanın baş nazirinin istefa etmək təklifinə "hə" cavabı verdiyi ilə bağlı fikirlər yaradıb. 

Əksər insanlar isə Nikol Paşinyanın heç vaxt vədlərinə əməl etmədiyini də vurğuılayıblar.