Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə İŞTİRAK ETDİ
    • 13-03-2021, 16:26
    • 520

Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə İŞTİRAK ETDİ

Macarıstanın paytaxtı Budapeştdə keçirilən sablya üzrə Dünya Kubokunda kişi və qadınların şəxsi yarışında əsas mərhələyə start verilib.

News24.az
xəbər verir ki, Anna Başta 1/32 finalda yerli idmançı Kira Keszeylə üz-üzə gəlib. Rəqibinə 15:4 hesabı ilə qalib gələn qılıncoynadan 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə uduzub. Digər sablyaçı Valeriya Bolşakov 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitinaya 6:15 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 4 idmançı ilə təmsil olunub. Digər iki idmançı əsas mərhələyə vəsiqə qazana bilməyib. Martın 14-də Azərbaycan millisi komanda yarışında qüvvəsini sınayacaq. /report.az