-
- 24-10-2018, 13:20
- 1 030
"Başım toylara qarışmışdı, oğlum dünyasını dəyişdi" - Səməd
Xalq artisti Səməd Səmədov "Şou ATV” verilişinin qonağı olub.
Sənətçi 1995-ci ildə dünyasını dəyişən oğlu Emindən danışıb:
"Mən xoşbəxt insanam ki, Bakıda, Bakının kəndlərində, rayonlarda əziyyətlə məclislər aparmışam. Bir tərəfdən bəxtəvərəm, bir tərəfdən də cavan oğlumu itirmişəm. Başım toylarla, məclislərlə məşğul idi. Ayda 27-28 toy oxuyurduq. Başımız toylardan ayılmırdı. Mənim imkanım olmadı oğluma dəstək olum. Oğlum dünyasını dəyişdi. Özümü çox pis hiss etdim.
Uşaq polisdə işləyirdi. 24 yaşı var idi. Axşam içkili insanlara rast gəlib. Görüb davadır, gəlib ki, onları ayırsın. Keçmişə qayıtsaydım, o da mənim yolumla gedərdi, mənim kimi müğənni olardı. Hər atanın arzusu odur ki, övladı yaxşı, rahat yaşasın. Ola bilərdi mənim yolumla gələrdi”.
///Axşam.az