Afaq dünyasını dəyişən oğlu haqda: “Dedilər ki, sən niyə üsyan etmədin” - VİDEO
    • 19-11-2018, 10:28
    • 1 121

Afaq dünyasını dəyişən oğlu haqda: “Dedilər ki, sən niyə üsyan etmədin” - VİDEO

Teleaparıcı Afaq Gəncəli “ARB” Tv-də yayımlanan “Boş anlar” verilişinə qonaq olub.

News24.az xəbər verir ki, aparıcı övladı haqda danışarkən kövrəlib:

“Elə analar var ki, tək övlad sahibidir. Ən dəhşətlisi odur ki, onlar sonradan “ana” sözünə həsrət qalır. İndiyədək eşitdiyi və müraciət etdiyi şəxsdiyi şəxsdən məhrum olur. Amma mən bunu hiss etmirəm. Hər zaman deyirəm ki, o mənim yanımdadır. Kimsə kənardan onu görməyə bilər. O mənim içimdədir.

Bəlli bir insanlar dedilər ki, “Sən niyə üsyan etmədin?” Üsyan etdim, amma deyim ki, özümü öldürəcəm? Öldürməyəcəm axı... Kimi aldadıram ki? Mənim qarşımda anam var. Valideynim mənə çox bağlı adamdır”.