Sumqayıtda quyudan naməlum kişi meyiti tapıldı
    • 15-03-2021, 17:09
    • 426

Sumqayıtda quyudan naməlum kişi meyiti tapıldı

Sumqayıtda quyuda naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən xəbər verir. 

Bildirilib ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.