Kamran Quliyev: "Honda Azərbaycan futbolu ilə tanışdır"
    • 15-03-2021, 17:28
    • 595

Kamran Quliyev: "Honda Azərbaycan futbolu ilə tanışdır"

"Honda "Neftçi" haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir".

News24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidentri Kamran Quliyev yaponiyalı futbolçusu Keysuke Hondanın təqdimat mərasimində deyib.

Funksioner ulduz yarımmüdafiəçinin Azərbaycan yığmasına qarşı oynadığını xatırladıb: "Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib".