İsrail arxeoloqlarından TARİXİ TAPINTI
    • 16-03-2021, 15:18
    • 462

İsrail arxeoloqlarından TARİXİ TAPINTI

İsrail arxeoloqları Ölü dəniz bölgəsindəki mağaralarda iki min il əvvələ aid İncil mətnləri olan kitabların parçalarını aşkarlayıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mağaralardan müxtəlif zamanlarda sikkələr, 6 min il əvvəl dəfn edilmiş uşağın skeletini və təxminən 10,5 min il əvvəl bitki materiallarından toxunmuş səbət tapılıb. 

Bildirilir ki, arxeoloqlar təxminən 60 ildən sonr ilk dəfə (Ölü dəniz sahilində) İncil kitabının parçalarını tapıblar.

Yunan dilində yazılmış bu kitabda "Zəkəriyyə və Nahum" da daxil olmaqla On İki Kiçik Peyğəmbərin Kitabından parçalar daxil yer alıb.