-
- 16-03-2021, 17:28
- 429
Prokurorluğun 160 işçisinə ev verildi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən bu tədbirlərin davamı kimi, martın 16-da prokurorluq əməkdaşları və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə paytaxtın Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsi, 2942 A məhəllə ünvanında inşa edilən 17 mərtəbəli, 3 bloklu 160 mənzilli yaşayış kompleksinin açılış mərasimi baş tutub.
Mərasim başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa dilənib.
Açılış mərasimində bina sakinləri olan prokurorluq əməkdaşları və veteranları qarşısında çıxış edən Azərbaycan Baş Prokuroru Kamran Əliyev tədbir iştirakçılarını təbrik edib.
Bildirilib ki, yaşayış binası Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar inşa edilib.
Nəzərə çatdırılıb ki, qeyd olunan yaşayış binasının tikilməsi məqsədilə şəffaf prosedurlar əsasında prokurorluq əməkdaşları və veteranlarından ibarət “Qayğı” Mənzil Tikinti Kooperativi yaradılıb, kooperativ üzvləri güzəştli şərtlərlə aylıq ödənişlər həyata keçirməklə mənzillərlə təmin ediliblər.
Qeyd olunub ki, bina kompleksi sürətli liftlər, ehtiyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, təhkükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən yanğınsöndürmə sistemləri ilə təchiz olunub, eləcə də bina kompleksinin həyətyanı sahəsində abadlıq işləri aparılaraq, yaşıllıq zolağı salınıb, asfaltlanma işləri görülüb, müasir işıqlanma sistemləri, eləcə də uşaq əyləncə meydançası, sakinlərin istirahəti üçün yüngül örtüklü konstruksiyalar quraşdırılıb.
Vurğulanıb ki, yaradılan yeni şərait prokurorluq orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməklə onların məhsuldar fəaliyyəti üçün zəmin yaradacaqdır.
Mərasim iştirakçıları olan prokurorluğun veteranları, gənc prokurorluq əməkdaşları və digər iştirakçılar yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
"Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir", - Mətbuat xidmətindən bildirilib.