-
- 17-03-2021, 16:28
- 607
Vaksinlə bağlı şayiələrin heç biri əsaslı deyil - AÇIQLAMA
Son günlər dünya mətbuatında COVID-19-a qarşı istifadə olunan “AstraZeneca” peyvəndinin vaksin olunanlarda qan laxtalanması və ağır allergik reaksiyalar yaratdığı bildirilir. Məhz buna görə də hazırda 20-yə yaxın ölkə bu vaksinin istifadəsini dayandırıb.
Bir müddət öncə isə Nazirlər Kabineti Azərbaycana 432 min dozada sözügedən vaksinin Azərbaycana gətirilməsi ilə bağlı sərəncam imzalayıb.
Bəs “AstraZeneca” ilə vaksinasiya ölkəmizdə də qadağan edilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, “AstraZeneca” vaksinini Oksford Universitetinin tədqiqatçıları biotexnologiyanın ən müasir üsulları ilə hazırlayıb: “Birləşmiş Krallıqda təxminən iyirmi milyondan çox insan bu peyvəndlə vaksinasiya olunub və immunizasiya yaradılıb. Hesab edirəm ki, bu vaksinlə bağlı gəzən şaiyələrin heç biri əsaslı deyil. Ola bilər ki, kimlərdəsə qan laxtalanması halları qeydə alınıb, bunun vaksinə aidiyyatını ancaq təhqiqatlar deyə bilər. Buna görə də düşünürəm ki, bu şayiələrə uymaq yox, əksinə, vaksinasiyaya isti yanaşmaq lazımdır. Anti-vaksin tərəddüdünə düşmək əvəzinə onunla mübarizə aparmaq lazımdır. Vaksinasiya bu gün infeksiyon xəstəliklərlə mübarizədə elmin tapdığı ən uğurlu yoldur. Ən qorxulu infeksiyon xəstəlik olan təbii çiçək məhz vaksinasiya nəticəsində yoxa çıxıb”.
A.Qeybulla həmçinin ölkə ərazisində vaksinasiyanın daha sürətli aparılmasının vacibliyini vurğulayıb: “Azərbaycan COVAX platforması ilə vaksinlər almalı idi. Lakin vaksinlərin dünya üzrə ədalətli bölgüsü olmadığı üçün, bizə bunlar verilmədi. Amma biz, qardaş Türkiyənin köməkliyi ilə Çin Xalq Respublikasından “CoronaVac” peyvəndini ala bildik. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ölkəsini immunizasiya etdirən ilk ölkədir. Bu uğurdur. Buna baxmayaraq, vaksinasiya sürətlə aparılmalıdır. Hələlik yarım milyona yaxın insan peyvənd olunub”.