"AstraZeneca"nın növbəti fəsadı ortaya çıxdı
    • 17-03-2021, 10:25
    • 531

"AstraZeneca"nın növbəti fəsadı ortaya çıxdı

Avstraliyada "AstraZeneca" ilə vaksinasiya olunan dörd nəfərdə ağır allergik reaksiya müşahidə edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, peyvənd olunanların hamısı eyni ştatın sakinləri olublar. Onlar təcili xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, hökümət ellergiyası olanları vaksinlə bağlı öncədən xəbərdar etməyib. Eyni zamanda ştatın Səhiyyə Nazirliyi dərmanın bu qədər güclü əlavə təsirlərində xüsusi heç bir şey görməyib. Onlar daha yeni yan təsirlərin olacağını gözləyirlər.

Qeyd edək ki, "AstraZeneca" peyvəndi artıq 20-yə yaxın ölkədə qadağan edilib.