ÜST-dən 9 ölkənin imtina etdiyi "AstraZeneca" vaksini ilə bağlı AÇIQLAMA
    • 12-03-2021, 09:59
    • 482

ÜST-dən 9 ölkənin imtina etdiyi "AstraZeneca" vaksini ilə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Avropa Birliyinin bəzi ölkələrinin "AstraZeneca" peyvəndlərinin istifadəsindən imtina etməsini araşdırır. 

News24.az RİA-ya istinadən xəbər verir ki, qurum baş verənlər tam aydınlaşandan sonra nəticələr ictimaiyyətə açıq şəkildə elan eiləcək. 

Qeyd edək ki, ən azı 9 Avropa ölkəsi bu günə qədər "AstraZeneca" peyvəndinin istifadəsini bu və ya digər dərəcədə dayandırıb. Buna səbəb peyvənd olunanların qanında laxtalanmanın yaranması xəbərləri olub. 

Vaksinin istifadəsini dayandıran ilk Avstriya höküməti olub. Danimarka, Norveç və İslandiya Vyanadan nümunə götürərək eyni addımı atıblar.

Həmçinin Estoniya, Litva, Lüksemburq, Kipr və Latviya da "AstraZeneca" vaksinindən istifadəni dayandırıb. İtaliya dasözügedən peyvəndin əhaliyə vurulmasını qadağan edib. 

Digər tərəfdən isə "AstraZeneca" şirkəti vaksinin təhlükəsiz olduğunu açıqlayıb.

Avropa Dərman Agentliyi isə "AstraZeneca" peyvəndi vurulduqdan sonra xəstələrdə qan laxtalanması ilə yaralanan ağırlaşma halların araşdırılmasına davam etdiyini söyləyib.