1 həkim öldü, ikisinin vəziyyəti kritikdir - 18 ÖLKƏ BU PEYVƏNDDƏN İMTİNA ETDİ
    • 16-03-2021, 10:57
    • 464

1 həkim öldü, ikisinin vəziyyəti kritikdir - 18 ÖLKƏ BU PEYVƏNDDƏN İMTİNA ETDİ

"AstraZeneca" peyvəndinin ilk dozasından sonra həkimin ölümü yalnız Norveçdə deyil, ümumiyyətlə dünyada çaxnaşmaya səbəb olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlərdən daha ikisinin vəziyyəti kritikdir. Bildirilir ki, peyvənddən öncə onların səhhətində heç bir problem olmayıb.

Hazırda məsələ ilə bağlı genişmiqyaslı araşdırma prosesi başlayıb. Bu günə qədər 18 ölkə "AstraZeneca" peyvəndindən imtina edib.

Bildirilir ki, "AstraZeneca" ölüm və ağırlaşma hallarının vaksinlə əlaqəli olmadığını iddia edə bilmir.