Mikayıl Cabbarov Korçokla görüşdü
    • 17-03-2021, 17:52
    • 552

Mikayıl Cabbarov Korçokla görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşüb.

News24.az xəbər verir ki, bunu azərbaycanlı nazir "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.

"İkitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye zonalarına investisiyaların cəlb olunması və əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə o, qeyd edib.