-
- 18-03-2021, 10:19
- 395
DİM yeni müsabiqə elan edib
Xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq namizəd və iddiaçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması da nəzərdə tutulur.
News24.az xəbər verir ki, bu nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul və fəlsəfə doktoru imtahanları üçün yoxlama-ölçmə materiallarının hazırlanması, namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edir.
Müqaviləçi-mütəxəssislər doktorantura səviyyəsinə qəbul və fəlsəfə doktoru imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə istifadə ediləcək yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidirlər:
- sifariş əsasında yoxlama-ölçmə materiallarını tərtib etmək;
- yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;
- danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan materiallarının tərtibində, həmçinin namizədlərin və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsində iştirak etmək.
Doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında istifadə ediləcək yoxlama-ölçmə materiallarının hazırlanması və danışıq bacarıq və vərdişlərinin bilavasitə qiymətləndirilməsi ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün ingilis, fransız və alman dilləri üzrə beynəlxalq dil imtahanlarının (IELTS, TOEFL, DELF, DALF, TESTDAF və s.) hər hansı birində iştirak etmiş və danışıq komponenti üzrə Ümumavropa dil çərçivə sənədinin (CEFR) C1 və ya daha yüksək səviyyəsinə müvafiq dil sertifikatına sahib olan, müvafiq dillər üzrə fəlsəfə doktoru və ya daha yüksək elmi dərəcəyə malik olan, yaxud da doktoranturada (dissertanturada) təhsilini davam etdirən və ya təhsilini başa vurmuş və xarici dildə yüksək danışıq bacarıq və vərdişlərinə sahib olan şəxslər, həmçinin danışıq bacarıqlarının qiymətləndirilməsi üzrə təcrübəsi olan dil daşıyıcıları müraciət edə bilərlər. Müraciət edənlər xarici dili mükəmməl bilməli, yüksək danışıq bacarığına və gözəl tələffüzə malik olmalı, Microsoft Office proqramlarında sərbəst işləməyi bacarmalıdırlar. Bütün dil komponentləri, o cümlədən danışıq üzrə C1 və C2 səviyyələrinə uyğun sertifikata malik olanlara üstünlük verilir.
DİM tərəfindən işə cəlb olunan mütəxəssislər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər. Müraciət edən şəxslərin yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, danışıq bacarıqlarının qiymətləndirilməsi sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
İşə cəlb olunanların təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraq göstərən şəxslər verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq və xarici dil üzrə sertifikatlarını skan edərək aprelin 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Doktorantura_elan” yazıb göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.