-
- 6-03-2021, 10:34
- 397
Əcnəbilər imtahan verdi: 3 NƏFƏR BAL TOPLADI
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
Mərkəzdən verilən məlumata görə, imtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.
3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.
Bundan əlavə, DİM-ə müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.
Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. İmtahan blokları üzrə müəyyən edilmiş minimal bal məhdudiyyəti ləğv edilib.
Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25 (35 olduğu halda nəticə 5 il qüvvədə olur), xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.
Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.
14 fevral 2021-ci il tarixində keçirilmiş xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində yaradılmış Apelyasiya Komissiyası 2021-ci il martın 1-dən 3‑dək namizəd və iddiaçılardan daxil olan onlayn apelyasiya müraciətlərini müvafiq xarici dillər üzrə ekspertlərlə birlikdə araşdırarkən heç bir test tapşırığında elmi-metodik nöqsan aşkar etməmişdir.
Doktoranturaya xarici dil üzrə qəbul imtahanı ilə bağlı 165 namizəd, xarici dil üzrə fəlsəfə doktoru imtahanı ilə bağlı isə 38 iddiaçı onlayn qaydada apelyasiya komissiyasına müraciət etmişdir. Müraciətlər əsasən, yazı işlərinə yenidən baxılması, imtahanda keçid balının aşağı salınması və ya digər güzəştlərin edilməsi, müəyyən test tapşırıqlarının ekspertlər tərəfindən izah edilməsi, cavab kartının bəzi namizədlər tərəfindən düzgün kodlaşdırılmaması və digər məsələlərlə əlaqədar olmuşdur. Bütün müraciətlər DİM-in əməkdaşları və xarici dillər üzrə ekspertlər tərəfindən cavablandırılmışdır. Test tapşırıqları ilə əlaqədar müraciət etmiş namizəd və iddiaçılara tapşırıqlar “Zoom” proqramı vasitəsilə onlayn qaydada və ya telefon vasitəsilə izah olunmuşdur. Namizəd və iddiaçıların yazı işləri (esse və ya vizual məlumatın təsviri) ilə əlaqədar müraciətləri də diqqətlə araşdırılmış, onların qiymət meyarlarına əsasən yoxlanılıb qiymətləndirilməsi, yazılarda yol verilmiş nöqsanlar müəlliflərə izah edilmişdir. Apelyasiya Komissiyasının üzvləri bəzi yazı işlərində yol verilmiş səhvlərin əsasən metodiki və mexaniki xarakterli olmasını və namizədlərin imtahana hazırlaşarkən söz ehtiyatlarını artırmağa və dil qaydalarını mənimsəməyə lazımınca diqqət yetirmədiklərindən qaynaqlandığını bildirmişlər.
Qeyd olunmalıdır ki, yazı işləri yoxlanılarkən hər esse iki ekspert tərəfindən yoxlanılır, qiymət fərqi üç baldan çox olduqda iş üçüncü ekspertə göndərilir. Digər hallarda iki qiymətin ədədi ortası götürülür (misal üçün, ekspertlər 3 və 4 qiyməti qoyduqda, yekun qiymət 3.5 bal çıxarılır). Apelyasiya komissiyasına müraciət edənlərin yazı işləri iki ekspert tərəfindən 1 bal fərqi ilə qiymətləndirilmişsə, bu işlər də üçüncü ekspertə göndərilmiş və sonuncu daha yuxarı qiymət vermişsə, həmin namizədin balının artırılması qərara alınmışdır.
Beləliklə, Apelyasiya komissiyasına doktoranturaya xarici dil üzrə qəbul imtahanı ilə bağlı müraciət etmiş 165 namizəddən 15 nəfərin, xarici dil üzrə fəlsəfə doktoru imtahanı ilə bağlı müraciət etmiş 38 iddiaçıdan isə 2 nəfərin yazı işi üzrə qiymətinin 0.5 bal artırılması haqqında qərar qəbul edilmişdir. Qəbul imtahanı üzrə balı artırılmış 15 namizədin 9-nun statusu dəyişilmiş və yekun olaraq 646 (9+637) nəfər fəlsəfə imtahanına buraxılmışdır. Bundan əlavə, balı artırılmış 2 iddiaçıdan 2-nin də statusu dəyişilmiş və 49 (2+47) nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplamışdır.
Xatırladaq ki, Apelyasiya komissiyasına müraciət etmiş 203 nəfərin hər birinin “Şəxsi kabineti”ndə qeyd olunmuş mobil telefon nömrəsinə apelyasiyanın nəticəsinə dair sms-bildiriş göndərilmişdir.