Balakən sakinində marixuana aşkar edildi
    • 18-03-2021, 10:29
    • 364

Balakən sakinində marixuana aşkar edildi

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.