Azərbaycan yaz fəslinə BU SAATDA GİRƏCƏK
    • 18-03-2021, 11:49
    • 526

Azərbaycan yaz fəslinə BU SAATDA GİRƏCƏK

Azərbaycana yaz fəslinin gəlmə saatı açıqlanıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından News24.az-a verilən məlumata görə, ölkəmizə yaz fəslinin (baharın) gəlişi - 20 mart  saat 13:37:00-da olacaq.

Yaz gecə-gündüz bərabərliyi - Bu zaman gecə ilə gündüz bərabərləşir, günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.