Sabah Azərbaycanda qış başlayacaq
    • 21-12-2019, 12:50
    • 907

Sabah Azərbaycanda qış başlayacaq

Sabah  Azərbaycana qış fəsli daxil olacaq.

Bu barədə News24.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, qış fəsli Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.