-
- 18-03-2021, 12:53
- 448
“Heç vaxt distant təhsil ənənəvi tədrisi ƏVƏZ EDƏ BİLMƏZ” - DEPUTAT - VİDEO
“Distant təhsil mədəniyyəti formalaşa bilsə, onun keyfiyyətinə də qiymət vermək mümkün olacaq”.
Bunu News24.az-a açıqlamasında təhsil eksperti, Milli Məclisin deputatı Etibar Əliyev deyib.
O bildirib ki, bir çox ölkələr kimi biz də distant tədrisə hazır deyildik: “Nöqsanalara nümunə kimi müəllim hazırlığı, texnologiya ilə təminat, elektron kitabxanalar, lisenziyalaşdırılan auditoriyalar və müəllimlərin öz mühazirələrinin təqdimatını qeyd edə bilərik. Hesab edirəm ki, artıq bu prosesin içində müəyyən adaptasiya prosesi getməyə başladı. Fürsətdən istifadə etmə halları da az olmadı. Bu tendensiya bütün dünyada hiss olunur”.
Ekspert koronavirusla əlaqədar məktəblərin qapanma praktikasının effektivliyini belə şərh edib: “Məktəblərin açılması və ya qapanması pandemiyanın spektrından və yayılma dərəcəsindən asılıdır. Bütün ölkələr istəyir ki, həyat öz axarına qayıtsın. Normal həyata qovuşsaq, təhsil də öz axarına qayıdacaq. Heç vaxt distant təhsil ənənəvi tədrisi əvəz edə bilməz. Cənab Prezidentin də söylədiyi kimi biz öncə sağlamlıq faktorunu diqqətdə saxlamalıyıq. Əgər orta və ya ali məktəblər pandemiyanın genişlənməsində əsas obyekt olacaqsa, bu, yolverilməzdir. Bu sahələr kütləvi şəkildə insanları özünə cəlb edir. 1,5 milyon şagird, 140 mindən çox tələbə və müəllim heyətini də nəzərə alsaq, ciddi rəqəmlərdən söhbət gedir. Ali və orta məktəb müəllimləri ənənəvi tədrisə qısa bir zamanda qayıdacağımızı düşünməməlidirlər. Çünki biz görürük ki, yoluxma dinamikası kəskin dəyişir. Distant təhsil tədrisin fasiləsizliyini qoruyan bir üsul olduğu üçün dərsləri maksimal formada onlayn versiyada davam edirməliyik”.
Məhərrəm Əliyev
VİDEO: Hüseyn Həsənov