Distant təhsil müəllimlərin maaşına TƏSİR ETMƏYƏCƏK
    • 27-08-2020, 17:47
    • 665

Distant təhsil müəllimlərin maaşına TƏSİR ETMƏYƏCƏK

"Orta məktəblərdə çalışan 38 faiz müəllim 50 yaşdan yuxarıdır. Bu müəllimlərin dərs yükünün azaldılması düşünülmür. Bu səbəblə əvəzlənmə, yaxud əmək haqlarında heç bir dəyişiklik olmayacaq. 60 yaşından yuxarı 12 faiz müəllim var ki, onların əvəz edilməsi düşünülür".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir qeyd edib ki, orta məktəblərin açılması ilə bağlı erkən qərar vermək düzgün deyil: "Düşünmürəm ki, qəbul edəcəyimiz qərarlar dünyada qəbul olunan qərarlardan fərqlənəcək. Bəzi ölkələr metodiki göstərişləri əvvəlcədən elan etsələr də, sonradan təhsilin başlanması tarixində dəyişikliklər edilib. Artıq cəmiyyətdə maskaların taxılması, hərarətin ölçülməsi işə bağlı bir vərdiş formalaşıb.