-
- 18-03-2021, 17:15
- 438
Nazir: "Şagirdin dərs yükünü azaltmaq lazımdır"
"Məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət olmalıdır. İlk növbədə şagirdin dərs yükünü azaltmaq lazımdır. Qiymətləndirmənin sayının azaldılmasının tərəfdarıyam. Amma təbii ki, bu məsələ müzakirə edilməlidir”.
News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, buraxılış imtahanlarında da məzmun dəyişilməlidir: “Aidiyyəti qurumlarla daim sıx əməkdaşlıq şəklində işləyirik. Çalışırıq ki, dərsliklərdə olan məzmun imtahana da salınsın. Çoxseçimli cavabların başqa alternativlərlə əvəz olunmasını istəyirəm”.