Nazirdən İslam Universitetinin diplomlarıyla bağlı AÇIQLAMA
    • 18-03-2021, 18:52
    • 412

Nazirdən İslam Universitetinin diplomlarıyla bağlı AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev İslam Universitetinin diplomunun tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

News24.az xəbər verir ki, Emin Əmrullayev "Facebook" səhifəsindəki canlı yayımda bildirib ki, Təhsil Nazirliyinin bu məsələdən xəbəri var: "Bu məsələ araşdırılır. Novruz bayramından sonra bu araşdırmanın nəticəsini ictimaiyyətə təqdim edəcəyik. Orada 4000-dən artıq insan var ki, öz diplomunu tələb edir. Bu, çox uzun bir müddətdir, 2000-ci ilin əvvəllərindən belə hallar var. Qaydalar konteksində buna baxmaq lazımdır. Biz bu məsələyə laqeyd yanaşmırıq, sadəcə olaraq, həmin məsələnin  araşdırılmasını həm Dövlət İmtahan Mərkəzi, həm də digər aidiyyəti qurumlarla birgə aparırıq ki, vətəndaşların sualına düzgün cavab verə bilək. Bəzi hallarda buna görə bizi qınamayın, amma bəzi sualların cavabı dərhal olmur, araşdırma vaxt tələb edir".