Ərdoğandan Putinə dəstək:
    • 19-03-2021, 15:46
    • 517

Ərdoğandan Putinə dəstək: "Çox ağıllı cavab verdi"

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

News24.az xəbər verir ki, dövlət başçısı ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putin haqda dediyi sözlərə münasibət bildirib. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, C.Bayden dövlət başçısına yaraşmayan bir ifadələr işlədib:"Putin kimi bir prezidentə qarşı istifadə edilməməli sözlər idi. Məncə Putin çox ağıllı cavab verdi və lazım olanı etdi".