Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü barədə Ərdoğanı məlumatlandırdı
    • 13-01-2021, 16:40
    • 732

Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü barədə Ərdoğanı məlumatlandırdı

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

News24.az-
ın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.

Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.