İlham Zəkiyev: “Ola bilsin yarışa qatılmadım…”
    • 19-03-2021, 18:52
    • 632

İlham Zəkiyev: “Ola bilsin yarışa qatılmadım…”

“24-25 mayda Bakıda keçiriləcək Qran Pri yarışına hazırlığımız davam edir. Çalışacayıq orada da reytinq xallarımızı yaxşılaşdıraq”. 

Bunu News24.az-a açıqlamasında ikiqat Paralimpiya çempionu, AMPK-nın vitse-prezidenti İlham Zəkiyev deyib:

“Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ötən il keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salındı və iyulun 23-də start götürəcək. Olimpiada avqustun 8-dək davam edəcək. Paralimpiya Oyunları öncəsi iyunda İngiltərədəki yarışda iştirak etməyi düşünürəm. Ancaq ola bilsin ki, zədədən qorunmaq üçün həmin yarışa qatılmayım”.